Kuryer xidmətlərinin göstərilmə şərtləri ilə harada tanış olmaq olar?

Kuryer xidmətlərinin prosedurları

a) Kuryer xidmətlərinin sifarişi:

  • CDEK-AZ mobil tətbiqi vasitəsilə;
  • Saytdakı Şəxsi kabinet vasitəsilə;
  • Müştəri dəstək xidmətinə zəng vasitəsilə;
  • Elektron poçt vasitəsilə;
  • Sifariş paylama məntəqəsində.

b) Kuryer xidmətlərinin təqdim edildiyi vaxt intervalları:

  • Bazar ertəsi – Cümə, 10:00 – 19:00;
  • Şənbə/Bazar – istirahət günləri.

c) Kuryerin bağlama götürmə zamanı iş proseduru:

  • Müəyyən edilmiş vaxtda gəliş barədə müştərinin məlumatlandırılması;
  • Göndəricinin identifikasiyası;
  • Bağlamanın tərkibinin bəyan edilən məlumatlara uyğunluğunun yoxlanılması;
  • Göndərişin çəkilməsi və ölçülməsi;
  • Ödənişin qəbul edilməsi və ödəniş qəbzinin verilməsi.

d) Kuryerin çatdırılma zamanı iş proseduru:

  • Çatdırılma vaxtının əvvəlcədən razılaşdırılması;
  • Kuryerin qeyd olunan ünvana gəlməsi;
  • Alıcının identifikasiyası;
  • Alıcı ilə tələb olunan hesablaşmaların aparılması;
  • Göndərişin sənədləşmə ilə birlikdə təhvil verilməsi.