Bağlamanın ödənişsiz saxlanma müddəti nə qədərdir?

Saxlanma müddətləri göndərişin növündən asılıdır:

  • postamatda — 24 saat (SMS bildirişi alındıqdan sonra);
  • fiziki şəxslərdən göndərişlər — 7 iş günü;
  • internet mağazalardan sifarişlər — 14 iş günü;
  • qapıda ödəmə ilə göndərişlər — 7 iş günü;
  • sənədlər üçün — 7 iş günü.

Ödənişsiz saxlanma müddəti başa çatdıqdan sonra:

  • saxlanma haqqı tətbiq olunur — hər əlavə təqvim günü üçün 0.61 AZN;
  • CDEK anbarında maksimal saxlanma müddəti — 60 gün.

Göstərilən müddət başa çatdıqdan sonra, qanunvericiliklə nəzərdə tutulmuş hallarda, eləcə də göndərişin Göndərənə qaytarılması mümkün olmadığı hallarda (məsələn: imtina, əlaqənin olmaması, ünvanın əlçatmazlığı və digər oxşar hallar), göndəriş mövcud qanunvericiliyə və CDEK-AZ-ın daxili qaydalarına uyğun şəkildə utilizasiyaya məruz qalır.

Sifarişinizin ödənişli saxlanma müddətini dəqiq necə öyrənmək olar?

  • sifarişin paylama məntəqəsinə çatdırılması ilə bağlı bildirişlərdən — SMS və ya messencerlərdə;
  • Şəxsi kabinetdə, «Sifarişlərim» bölməsində (əsas səhifədəki «Daxil ol» düyməsi);
  • mobil tətbiqdə.

***Qeyd: Gömrük nəzarətindən keçirilərkən saxlanılan poçt göndərişlərinin saxlanma müddəti, onların gömrük orqanlarının müvəqqəti saxlanc anbarına yerləşdirildiyi gündən etibarən 6 ay təşkil edir. Müəyyən olunmuş müddət başa çatdıqdan sonra sahibləri tərəfindən tələb olunmayan göndərişlər qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada utilizasiya edilir.